Qadir ibrahimlinin namizədliyini qeydə almadılar

img

11-10-2010 [03:45]


Bu gün Qarabag Seçki Blokunun 74 saylı kənd seçki dairəsindən vahid namizədi, Aydınlar Partiyasının sədr müavini, ?Güzəran? Sosial Araşdırmalar Mərkəzinin sədri Qadir İbrahimlini əsassız arqumentlərlə qeydə almaqdan imtina ediblər. DSK-nın bu gün keçirilən iclasında bu barədə qərar qəbul edilib. Seçki qərargahından MİA-ya verilən məlumata görə, Lənkəran şəhər İcra Hakimiyyətinin icra hakimiyyətinin kəndlərdəki nümayəndələri və polislər vasitəsi ilə Qadir İbrahimlinin namizədliyinə imza atmış şəxslərlə hədə-qorxu gəlinib, onlar da təzyiq altında öz imzalarından imtina ediblər. Bu yolla 500 imza verən vətəndaşdan 74-dən ərizə alınıb ki, onlar guya menim namizədliyim üçün imza atmayıb. Ümumiyyətlə belə ərziələrin yazılmasının özü belə Seçki Məcəlləsinə ziddir. Bu artıq total qanun pozuntusu, vətəndaşların ifadə azadlığının tapdalanmasıdır. Bu prosesə Lənkəran şəhər Polis Idarəsi və icra hakimiyyəti rəhbərlik edib. İcra hakimiyyəti ve yerli polis səlahiyyət həddini aşmaqla həm seçki prosesinə müdaxilə edib, həm də YAP-ın doğulduğu kənddə belə nüfuzu olmayan namizədinə münbit şərait yaradıb. Heç bir qanuna sığmır ki, imzalarla bağlı ekspertiza rəyini ekspertlər yox, rayon polis idarəsinin rəhbərliyi veriblər. Bununla da hakimiyyət real alternativlərin iştirakı olmadan seçki keçirmək ssenarisini davam etdirir. Bu isə hakimiyyətin seçkilərin demokratik keçirləcəyi ilə bağlı vədlərini sual altına alır. 74 saylı DSK-nın əsassız qərarı ilə bağlı MSK-ya şikayət ediləcək. MSK şikayəti obyektiv araşdırmayacağı təqdirdə məhkəmə müraciət ediləcək. Seçki qərargahı real alternativin qeydə alınması üçün bütün qanunu yollardan istifadə edəcək. Seçki qərargahı hakimiyyəti və seçki komissiyalarını məsuliyyətli olmağa, qanun çərçivəsində fəaliyyət göstərməyə çağırır. Əks halda bütün məsuliyyət hakimiyyətin üzərinə düşəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA