Seçkiyə qozulan ALDP sədrinə də maneələr yaradılır

img

08-10-2010 [02:08]


Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev namizədliyini verdiyi 28 saylı Sabunçu üçüncü secki dairəsində yenidən maneələrlə üzləşib. F.Əliyevin Secki Qərargahından MIA-ya verilən məlumata görə, partiya sədri imza vərəqləri alarkən süründürməciliklə üzləşdiyi kimi, imza vərəqələrini təhvil verdikdən sonra da növbəti maneə ilə üzləşib. Belə ki, onun namizədliyini dəstəkləyən seçicilərə həm DSK-nın işci qrupu, həm də həmin dairədən alternativi olan Eldar Quliyevin adamları tərəfindən təzyiqlər olunur. Bu barədə seçicilər Secki qərargahına bildiriblər. Belə hallar daha cox Maştağada qeydə alınıb. Onlar ev-ev gəzərək Fuad Əliyevin namizədliyini dəstəkləyən seçicilərə öz imzalarından imtina etməyə və seçki günündə ona səs verməməyi tapşırıblar. Bəzi seçicilərə isə maddi yardımların ediləcəyi vəd edilib. Əks təqdirdə müxtəlif maneələrlə üzləşəcəklərini bildiriblər. F.Əliyev bu kimi halların qarşısının alınması üçün müvafiq orqanlara və beynəlxalq təşkilatlara müraciət edəcəyinin bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA