DSK redaktorun namizədliyini qeydə almaqdan imtina etdi

img

09-10-2010 [12:53]


120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən ?İnsan Naminə? bloku tərəfindən namizədliyi irəli sürülən Müstəqil İnformasiya Agentliyinin redaktoru Zaur Əhmədin namizədliyini qeydə almaqdan imtina edilib. Bu barədə məlumat verən Z.Əhməd DSK-nın qanunları pozduğunu bildirib: ?Əslində, mənə qarşı soyuq münasibət ilk gündən var idi. DSK nümayəndələri o sənəd qalmadı ki, məndən almasınlar. Səlahiyyətli nümayəndələrdən tutmuş, imza toplayanlara qədər hamımızın yaşayış yerindən, iş yerindən, hətta işləməyənlərdən də arayış tələb edirdilər. Mən də onlara bəhanə verməmək üçün istədikləri bütün sənədləri təqdim etdim. Amma maneçilik törətmək üçün əllərindən gələni etdilər. Nəhayət, imzatoplama kampaniyasını başa vurub, lazım olan bütün sənədləri okyabrın 4-da DSK-ya təqdim etdim. Ümumilikdə 506 imza toplanmışdı. İmzatoplama kampaniyasında şəxsən özüm və səlahiyyətli nümayəndələrim iştirak ediblər. İmza verənlərin əksəriyyəti də qohumlarımdır. Amma sonda mənə 423 etibarlı imzanın qaldığını bildirdilər?. Z.Əhməd deyib ki, DSK oktyabrın 8-də iclas keçirərək onun namizədliyinin qeydə alınmasından imtina barədə qərar çıxarıb: ?DSK-dan zəng edib bildirdilər ki, ekspertlər imzaları yoxlayıblar və müəyyən qədər imza etibarsız çıxıb. Etibarlı imzanın sayı 423 olub. Öncə onu deyim ki, 83 imzanın etibarsız çıxması mümkün deyil. Digər yandan, DSK bu proses zamanı başqa bir kobud qanun pozuntusuna yol verib. Belə ki, Seçki Məcəlləsinin 59.3 madəsində göstərilir ki, müvafiq seçki komissiyası imza vərəqələrinin yoxlanılması haqqında namizədə, onun səlahiyyətli nümayəndəsinə qabaqcadan məlumat verməlidir. DSK iclas keçirib qərar çıxandan sonra mənə xəbər verir. Mən DSK sədri Musa Quliyevlə telefonla danışdım. Dedi ki, guya mənə əziyyət vermək istəməyib. Bu qədər absudr addım ola bilərmi? DSK bu hərəkətləri ilə ölkənin dörd bir yanına səpələnən cəbrayıllılara çox böyük hörmətsizlik etmiş oldu?. Müsahibimiz onu da bildirib ki, səlahiyyətli nümayəndə sabah qərarı və ekspertlər şurasının protokolunu götürəcək və ondan sonra Mərkəzi Seski Komissiyasına şikayət elədək: ?Əgər MSK da haqqımızı tanımasa, Avropa Məhkəməsinə qədər gedəcəyik?. Z.Əhməd onu da bildirib ki, həmin dairədən deputat olan Astan Şahverdiyev özünə rəqib gördüyü ciddi namizədləri bu şəkildə sıradan çıxartmağa çalışıb: ?Bu adam 5 il parlamentdə oturub. Təəssüf ki, ancaq oturmaqla məşğul olub. Bir dəfə də olsun, danışmayıb, cəbrayıllıların problemlərini dilinə belə gətirməyib. Mənim mətbuat nümayəndəsi olmağım çox güman ki, onun kürkünə birə salmışdı. Ona aydın idi ki, seçki kampaniyasında bütün imkanlarımla onun fəaliyyətsizliyini sübut edəcəyəm. Bu səbəbdən də özünə rəqib gördüyü Ən ciddi namizədi zərərsizləşdirib. Bu da onu göstərir ki, saxta yolla deputat olmaq üçün bütün imkanlarını səfərbər edib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA