KXCP-nin namızədlərina qarzı təzyiqlər davam edir

img

08-10-2010 [12:32]


Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) deputatlığa irəli sürülmüş namizədlərinə qarşı ciddi qanun pozuntularının olması ilə bağlı məlumat yayıb. KXCP-nin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, namizədlərdən 4-ü lazım olan seçki sənədlərini DSK-lara təqdim etmələrinə baxmayaraq, qeydə alınmalarından qanunsuz olaraq imtina qərarları verilib. Partiya namizədlərinə qarşı yerli hakimiyyət orqanlarının geri çəkilmək üçün müxtəlif qanunsuz təqib və təzyiqlər edildiyini və artıq 4 nəfərin bu addımı atdığını bildirib. Partiya 103 saylı Gədəbəy, 85 saylı Şamaxı, 86 saylı İsmayıllı, 96 saylı Goranboy-Naftalan, 116 saylı Qəbələ, 09 saylı Binəqədi ikinci, 11 saylı Qaradağ və bir sıra seçki dairələrinin ərazisində ciddi qanun pozuntularının baş verdiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA