Sərkisyan istefa verdi: "Paşinyan haqlı idi, mən isə yox..."

img

23-04-2018 [16:27]


Ermənistanın baş naziri Serj Sərkisyan istefa verib.

"Report" xəbər verir ki, bu barədə hökumətin Mətbuat xidməti məlumat yayıb.

"Nikol Paşinyan haqlı idi. Mən isə yox. Yaranmış şərait vəziyyətdən bir neçə çıxış yolu var idi. Ancaq mən onlardan heç biri ilə getmədim. Bu, mənə xas xüsusiyyət deyil. Ona görə də baş nazir vəzifəsindən istefa verirəm”, - S.Sarqsyan istefası ilə bağlı açıqlamada vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR