Qarabag Seçki Blokunun daha 3 namizədi qeydə alındı

img

07-10-2010 [05:04]


Bu gün Qarabag Seçki Blokunun daha 3 namizədi - 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə namizədliyini irəli sürmüş Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyini irəli sürmüş Aydınlar Partiyasının sədrinin birinci müavini Qorxmaz İbrahimlinin, 103 saylı Gədəbəy seçki dairəsindən namizədliyini irəli sürmüş Nizami Quliyevin namizədlikləri rəsmən təsdiqlənib. Aydınlar Partiyası təəssüflə bildirir ki, yerli icra hakimiyyətləri imzaların toplanmasında namizədlərin təmsilçilərinə qarşı qanunsuz hərəkətlərə, o cümlədən də təzyiq və hədələmələrə yol verib. Ancaq hələ ki, bu qanunsuz əməllər Aydınlar Partiyasının namizədlərinin təsdiqlənməsinə səbəb olmayıb. İcra hakimiyyətinin yaratdığı problemlərə, təqiblərə rəgmən Aydınlar Partiyasının başqa namizədləri də imza vərəqələrini DSK-la təqdim ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA