"Mitinqdə insident qeydə alınmayıb" - Bakı polisindən Milli Şura ilə Müsavatın mitinqi haqda açıqlama

img

14-04-2018 [17:22]


Bu gün Milli Şura və Müsavat partiyası Bakıda mitinq keçirib.

Mia.az xəbər verir ki, mitinqdən sonra Bakı Şəhər Baş Polis İdarəsi rəsmi məlumat yayıb.

Bildirilib ki, aprelin 14-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib: "Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi və NİDA hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR