Deputat Rüfət Quliyevlə seçiciləri arasında narazılıq bazlayıb

img

24-09-2010 [04:01]


Parlamentdə keçirdiyi 5 il ərzində ölkənin taleyüklü məsələləri, seçicilərin problemlərilə bağlı bircə dəfə də olsun danışmayan, Azərbaycan cəmiyyətinin az qala 99 faizinin tanımadığı Rüfət Quliyev yenidən deputat olmaq həvəzinə düşüb və yenidən namizədliyini 73 saylı Lənkəran şəhər seçki dairəsindən irəli sürüb. Bu fikirlər bir qrup Lənkəran sakininin MİA-nın elektron poçtuna göndərdiyi məktubda yer alıb. Sakinlər bildirirlər ki, Rüfət Quliyev parlamentdə susub otursa da, Milli Məclisin binasından kənarda vaxtını boşa verməyib: ?O, Lənkəranda çoxlu sayda yeni obyektlər, torpaq sahələri alıb. Öz qohum-əqrabasını lazımi səviyyədə mükafatlandırıb və təbii ki, seçicilərin yanan barmağına? su çiləməyi yaddan çıxarıb. Rüfət Quliyev ?qutudan çıxdığı? 73 saylı Lənkəran şəhər dairəsinin sədri Kərim Heydərovun da ?xidmətlərini? özünəməxsus şəkildə mükafatlandırıb. DSK sədrinin sahibi olduğu mətbəənin əhəmiyyətli hissəsini real dəyərindən daha yüksək ödəniş müqabilində satın alıb?. Məktub müəllifləri bildirirlər ki, bu ilki seçkilər ərəfəsində Rüfət Quliyevin daha bir özəlliyi üzə çıxıb: ?Sən demə, qohum-əqrabası siqaret menecerini parlamentdə də yalnız buraxmayıblarmış? Təəccüblənməyin. Rüfət Quliyev parlamentdəki 5 ilini qaynı Azər Kərimovla birgə keçiribmiş. Və bu ənənəni yenidən davam etdirmək istəyir. Görünür, bu dəfə daha irəli gedərək, Milli Məclisdə ?yeznə-qayın deputat fraksiyası? yaratmaq niyyətinə düşüb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA