Azay Quliyev imza vərəqələrini DSK-ya təhvil verdi

img

23-09-2010 [11:13]


Azay Quliyev parlament seçkilərində iştirak etmək üçün hazırda deputat olduğu 46 saylı Şirvan seçki dairəsində imza toplama kampaniyasını başa vurub. Bu barədə MİA-ya namizədin seçki qərargahından məlumat daxil olub. Verilən məlumata görə, müstəqil namizəd kimi seçkilərə qatılan Azay Quliyevin seçki qərargahının üzvləri qısa müddət ərzində topladıqları imzaları bu gün dairə seçki komissiyasına təqdim ediblər. Azay Əjdər oğlu Quliyev 1971-ci il iyunun 23-də Zəngəzur mahalında doğulub. Həqiqi hərbi xidmətdə olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə başa vurub. Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun və Harvard Universitetinin ?Strateji idarəetmə? proqramının məzunu olub. Azərbaycan Respublikasının Prezidenti yanında əfv məsələləri komissiyasının, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının, Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının üzvüdür. 1998-1999-cu illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasına, 1999-2008-ci illərdə isə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumuna rəhbərlik edib. 2008-ci ilin aprelindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədridir. 2005-ci il noyabrın 6-da 46 saylı Şirvan (keçmiş Əli Bayramlı) seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin üzvüdür. Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Fransa, Azərbaycan-İsveçrə, Azərbaycan-Gürcüstan, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Bitərəfdir, rus və ingilis dillərini bilir. Evlidir, 3 övladı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA