Taleh Şahsuvarlının imzatoplama kampaniyasına sabah start veriləcək

img

24-09-2010 [12:58]


?Sosial informasiya Agentliyinin direktoru, yazıçı Taleh Şahsuvarlı deputatlığa namizəd olmaq üçün sənədlərini 94 saylı dairə seçki komissiyasına artıq təqdim edib?- bu barədə MİA-ya namizədin səlahiyyətli nümayəndəsi, kənd təsərrüfatı elmləri namizədi Xosrov Musayev məlumat verib. Xosrov Musayevin sözlərinə görə, Taleh Şahsuvarlı kimi ölkə miqyasında tanınmış bir yazarın , iki kitab müəllifinin öz doğma rayonundan deputatlığa namizəd olması seçicilər arasında böyük sevinc doğurub və bu əhval-ruhiyyə imza toplama kampaniyasının qısa bir zamanda başa çatmasına böyük töhfə verəcək. Səlahiyyətli nümayəndə Taleh Şahsuvarlının deputatlığa namizədliyinin rəsmən qeydə alınması üçün imza toplanışına sabah başlayacaqlarını bildirib. Dairədən namizədliyini irəli sürmüş digər şəxslərə gəlincə, Xosrov Musayev ad çəkmək istəməyərək "bizim rəqiblərimiz yox, alternativlərimiz var" deyə onların hər birinə uğurlar arzulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR