Tələbə-jurnalist prezidentə məktub göndərib

img

23-09-2010 [11:37]


Təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) haqqında yazdığı tənqidi məqalələrə görə bu ilin yanvarında oradan xaric edilən tələbə-jurnalist Elmin Bədəlov ölkə başçısı İlham Əliyevə məktub göndərib.Bu barədə MİA-ya məlumat verən E.Bədəlov deyib ki, təhsil aldığı müddətdə davranışı haqda prezidentə məlumat verib. Təhsil hüquqlarının pozulması ilə bağlı keçirilən məhkəmələr haqda yazan tələbə-jurnalist Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara diqqəti çəkib: ?Avropa Şurasının İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına 1 saylı əlavə protokolunun 2-ci maddəsi göstərir ki, ADNA-dan xaric olmağım qanunsuzdur. Sizdən xahiş edirəm ki, əlinizdə olan səlahiyyətdən istifadə edərək bu məsələnin öz qanuni həllini tapması üçün lazımi addımları atasınız?. Məsələyə ADNA rəhbərliyinin münasibət bildirmək istəmir. Akademiyanın tədris işləri üzrə prorektor Zaur Əhmədov ?mən onun haqqında heç nə demək istəmirəm. Xahiş edirəm, rektorla danışın? deyib. Qeyd edək ki, E.Bədəlov hazırda ?Yeni Müsavat? qəzetinin əməkdaşıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR