"Birliyə Doğru" beynəlxalq sülh günü ilə bağlı xeyriyyə tədbiri keçirəcək

img

22-09-2010 [03:07]


"Birliyə Doğru" Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi Park Bulvarın üçüncü mərtəbəsində sentyabrın 24-də Beynəlxalq sülh gününə həsr olunmuş ?Rəngli İzlər? xeyriyyə tədbiri keçirməyi nəzərdə tutur. Aksiyanı keçirməkdə əsas məqsəd cəmiyyətdə sosial məsuliyyət anlayışının formalaşmasına nail olmaq, insanların xeyriyyə aksiyalarında aktiv iştirakına nail olmaq və Azərbaycanda geniş yayılmayan xeyriyyə fondreyzinqi ictimailəşdirməkdir. ?Birliyə Doğru? ailəsinin təşkil edəcəyi bu tədbir bütün günü davam edəcək və hər kəs iştirak edə biləcək. Aksiya zamanı insanlar rəngli boyalar vasitəsilə kətan parça üzərinə əl izlərini vurmaqla Beynəlxalq sülh gününün dinindən, cinsindən, rəngindən asılı olmayaraq bütün insaların yanaşı, xoşbəxt yaşaya biləcəklərinə mesaj verəcək bir rəsm əsəri yaradacaqlar. İnsanlar öz arzularını rəngli vərəqlərə yazıb uçurmaq imkanı da əldə edəcəklər. Bununla yanaşı, tədbir zamanı ?Səsli nağıllar? diskinin satışından yığılacaq vəsait əlil və kimsəsiz uşaqların tibbi müayinə və müalicəsinə sərf olunacaq. Tədbirə qatılanlar ?Birliyə Doğru? İB və gördüyü işlər haqqında ətraflı məlumat almaqla yanaşı ianə verməklə kimsəsiz uşaqlara maddi dəstək olmaq şansı qazanacaqlar. Tədbirin həyata keçirilməsində "Birliyə Doğru" İB-nə Park Bulvarın rəhbərliyi dəstək olur. Qeyd edək ki, bununla Park Bulvarın və Gallery-in rəhbərliyi "Birliyə Doğru" İB-nin ikinci tədbirinnin reallaşmasına yardımçı olur.

Digər xəbərlər
SON XƏBƏRLƏR