?Gənclərin Sülh zəraitində yazama uğrunda Birləzməsi? Mədəniyyətlərarası və Dinlərarası Beynəlxalq Gənclər görüzü

img

21-09-2010 [03:21]


Bu gün ?Gənclərin Sülh şəraitində yaşama uğrunda Birləşməsi? Mədəniyyətlərarası və Dinlərarası Beynəlxalq Gənclər Görüşünün iştirakçıları Gənclər üçün Təhsil Mərkəzində olublar. ?Gəncliyin Şöləsi? İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə təşkil edilən bu görüş 17 sentyabr 2010-cu il tarixdə Quba şəhərində keçirilməyə başlayıb. Əsas məqsədi müxtəlif əcnəbi gənclərin millətlərarası münasibətlərinin inkişafı və millətlərarası anlaşma, sülh şəraitində yaşama və s. bu kimi məsələlər üzrə müzakirələr aparmaq olan görüşdə 10-a yaxın ölkənin 20-yə yaxın aktiv gənci təmsil olunur. Qonaqların Gənclər üçün Təhsil Mərkəzində olmasında məqsəd isə Azərbaycanda aktiv gənclər təşkilatı modeli ilə tanış olmaq və təcrübə əldə etmək idi. Mərkəzin direktor müavini Günay Sadıxova və insan resursları bölməsinin rəhbəri Rasim Ağayev qonaqları Mərkəzlə yaxından tanış etmiş və onları maraqlandıran sualları cavablandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR