MiA-nın redaktoru sənədlərini DSK-ya təqdim edib

img

20-09-2010 [11:58]


Müstəqil İnformasiya Agentliyinin (MİA) redaktoru Zaur Əhməd 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Redaktor bildirib ki, o bu gün Biləsuvar rayonunda yerləşən 120 saylı Dairə Seçki Komissiyasına müraciət edib. Qanuna uyğun olaraq DSK 5 gün ərzində sənədləri araşdırıb namizədə imza vərəqələri təqdim edəcək. Sözügedən dairədən Yeni Azərbaycan Partiyası tərəfindən millət vəkili Astan Şahverdiyevin namizədliyi irəli sürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR