Deputat Əhəd Abıyev jurnalistə hədə qorxu gəlib

img

18-09-2010 [06:04]


[b]Asəf Rzayev: ?Deputat ?gəlib redaksiyanızda sizləri və ofisinizi darmadağın edəcəm? deyib?[/b] ?YAP-ın bu gün acıqladığı siyahısında adları açıqlanmayan YAP-çı millət vəkillərinin bir neçəsindən ?Unikal? olaraq münasibət öyrənmək istədik . Ilk zəngimiz Əhəd Abıyevə olsa da, ?Unikal? qəzetindən olduğumuzu bilən kimi ?mən bu qəzetdə haqqımda gedən yazılardan sonra sizə açıqlama vermək istəmirəm və konkret olaraq rədd olun burdan? cavabını aldıq?. Bu sözləri MİA-ya açıqlamasında ?Unikal? qəzetinin baş redaktoru Asəf Rzayev deyib. ?Qəzetimizin əməkdaşı Fərzuq Seyidbəyli bildirəndə ki, ?siz millət vəkilisiniz, təhqir etməyin bizi, sadəcə olaraq verdiyimiz suallara cavab istəyirik?. Bir daha Ə.Abıyevin sözü bu oldu ki, ?gəlib redaksiyanızda sizləri və ofisinizi darmadağın edəcəm?. Sonra isə əməkdaşımızı küçə söyüşləri ilə təhqir edən Əhəd Abıyev telefonu qapadı? deyən Asəf Rzayev onu da bildirib ki, Əhəd Abıyevin haqqında ?Unikal?da gedən yazılara və YAP-ın siyahısında adının olmamasına münasibətini bu cür bildirməsi bir millət vəkilinə yaraşmayan hərəkətdir. Sonda baş redaktor deyib ki, Əhəd Abıyev qəzetii redaksiyasına basqın edə bilməz: ?Onun fikrindən hansısa əməkdaşımıza qarşı nəsə etmək keçirsə, mənim telefon nömrəm və məkanım ona bəllidir. Buyursun?.

Digər xəbərlər
SON XƏBƏRLƏR