YAP-ın 8 üzvü siyahıdan kənar namizədliyini verib

img

16-09-2010 [03:39]


[b]Hazırkı deputat Aydın Həsənov da onların arasındadır[/b] Hakim Yeni Azərbaycan Partiyası (YAP) hələ də seçkiyə hansı klmanda ilə gedəcəyini açıqlamayıb. Ancaq artıq YAP üzvlərindən bəziləri siyahını gözləmədən namizədliklərini irəli sürürüblər. Seçkilər İnformasiya Mərkəzindən MİA-ya verilən məlumata görə, 8 YAP-çı siyahıdan kənar namizədliyini irəli sürüb. Belə ki, 8 saylı Binəqədi birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının üzvü Təranə Məmmədova, 62 saylı Saatlı seçki dairəsindən YAP üzvü Minayə Əliyeva, 95 saylı Tərtər seçki dairəsindən YAP üzvü Elçin Mahmudov, həmin dairədən digər bir YAP-çı, Qafar Məmmədov, 16 saylı Yasamal ikinci seçki dairəsindən Babayev Fəxrəddin, 34 saylı Xətai ikinci seçki dairəsindən Əlirzayev Əli, 42 saylı Sumqayit ikinci seçki dairəsindən Abdullayev Abdulla namizədliklərini irəli sürərək imza vərəqələri götürüblər. Maraqlı məqamlardan biri də odur ki, 67 saylı Cəlilabad şəhər seçkidairəsindən indiki deputat Aydın Həsənov da namizədliyini irəli sürüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA