DiP sədri Asim Mollazadə Polzaya gedib

img

07-09-2010 [01:17]


Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Polşaya səfər edib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, səfərdə məqsəd Şərq Tədqiqatları İnstitutunun təşkilatçılığı ilə Krınisa şəhərində keçiriləcək İqtisadi Forumda iştirak etmədir. A.Mollazadə Forumun ?Post-sovet məkanı insanı - Siyasi və İqtisadi Dəyişilmənin Sosial Ölçüləri?, ?Şərq tərəfdaşlığı: effektiv mexanizm və ya şərti dəstək modeli??, ?Yeni Türk Xarici Siyasəti və onun Təsirləri? panellərində məruzə edəcək. Partiya sədri birinci paneldə post-sovet ölkəsi olan Azərbaycanın yeni dəyərlər sisteminə keçid və uyğunlaşması yolunda əldə etdiyi nailiyyətlər, həmçinin qarşılaşdığı problemlərdən danışacaq. İkinci paneldə Avropa Birliyinin Şərq Tərəfdaşlığı layihəsinin effektiv tərəfdaşlıq mexanizminə çevrilməsinin yollarından, post-sovet ölkələrinin, eləcə də AB-nin bu layihədən əldə edə biləcəyi dividentlərdən bəhs edəcək. Üçüncü paneldə isə Türkiyənin Avropa Birliyinə inteqrasiyası, bu yolda qarşıya çıxan maneələr, Türkiyənin Yaxın Şərq və Cənubi Qafqaz regionunda oynadığı rolla bağlı fikirlərini bölüşəcək. Forumda Avropa Birliyi və keçmiş SSRİ məkanı ölkələrindən, həmçinin ABŞ-dan dövlət məmurları, görkəmli siyasətçilər, işgüzar liderlər, bankirlər və ekspertlər iştirak edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA