Mətbuat Şurası Avropa Şurası ilə birgə təqdimat keçirəcək

img

16-09-2010 [02:20]


Sentyabrın 17-də Avropa Şurası və Mətbuat Şurasının birgə əməkdaşlığı çərçivəsində Avropa Şurası tərəfindən nəşr edilən ?Media və seçkilər? və ?Seçkilərin ədalətli və balanslı işıqlandırılması? adlı kitabçaların təqdimatı keçiriləcək. Mətbuat Şurasından MİA-ya verilən məlumata görə, kitabçaların nəşri layihəsi Avropa Şurasının Fəaliyyət Planı çərçivəsində ölkəmizdə noyabrda baş tutacaq parlament seçkisinə dəstək üçün reallaşdırılıb. Yeni nəşrlərin buraxılışından məqsəd jurnalistlərin seçkiləri ədalətli və balanslı işıqlandırmaları sahəsində biliklərinin artırılmasıdır. Mətbuat Şurasının ofisində keçiriləcək təqdimat mərasimində televiziya, radio, qəzet və onlayn media nümayəndələri, həmçinin jurnalist təşkilatlarının təmsilçiləri və müstəqil ekspertlər iştirak edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR