Məhkəmə Qənimət Zahidin məhkumluğunu götürmədi

img

16-09-2010 [11:10]


Bu gün Yasamal rayon məhkəməsində "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin məhkumluğunun vaxtından əvvəl üzərindən götürülməsi ilə bağlı müraciətinə baxılıb. Məhkəmə müraciəti təmin etməyib. Qeyd edək ki, sentyabrın 15-də keçirilən məhkəmə iclasında onun müraciətinə baxılsa da, dövlət ittihamçısı onun hələ islah olunmadığını əsas gətirərək məhkumluğun götürülməsini məqbul hesab etməmişdi. Qənimət Zahid müraciətinin təmin edilməməsini ona qarşı təzyiq kimi qiymətləndirib. Baş redaktor buna baxmayaraq parlament seçkisinə qatılmaq niyyətindədir. Q.Zahid 17 saylı Yasamal Seçki Dairəsindən namizədliyini irəli sürüb. Jurnalistin sözlərinə görə, qanunvericilik ağır cinayətlərə görə məhkum edilmiş şəxsin seçkiyə qatılmaq niyyətini məhdudlaşdırır, ona qarşı irəli sürülən ittiham isə ağır cinayətlər kateqoriyasına aid deyil. Xatırladaq ki, baş redaktor 2007-ci ilin noyabr ayında xuliqanlıq ittihamı ilə 4 il azadlıqdan məhrum edilib. O, 2010-cu il martın 17-də prezident tərəfindən əfv edilərək azadlığa buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR