ALDP seçkilərdə dəstəkləyəcəyi namizədlərin siyahısını elan edib

img

14-09-2010 [11:38]


Bu gün Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Sədr Aparatının iclası keçirilib. MİA-nın xəbərinə görə, iclasda ictimai-siyasi vəziyyət, deputatlığa namizədləırin təbliğat kompaniyaların keçirilməsi, ALDP dəstək verəcəyi diqər namizədlərin siyahısının təsdiqi və bəzi təşkilatı məsələlər müzakirə olunub. ALDP sədri Fuad Əliyev bitərəf və diqər partiyaların namizədlərinə dəstək vermək üçün siyahısını iclas iştrakçılarına təqdim etdi. Müzakirədən sonra siyahı təsdiq olundu. ALDP sədri Fuad Əliyev ALDP rayon təşkilatların sədrlərinə 2010-ci il noyabrın 7-si siyahıda olan namizədlərə səs verməyə tapşırıq verdi. ALDP noyabrın 7-si səs verəcəyi namizədlərin siyahisı. ?Qarabağ? SB Sərdar Cəlaloğlu - ADP, 21 saylı Nəsimi birinci SD İqbal Ağazadə - Ümid, 35 saylı Xətai üçüncü SD Qulamhüseyn Əlibəyli - Aydınlar Partiyası, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar SD ?İnsan naminə? SB Əli Əliyev - VİP, 17 saylı Yasamal üçüncü SD Əvəz Temirxan - ALP, 23 saylı Nəsimi-Səbail SD ?AXCP-Müsavat? SB Əli Kərimli - AXCP, 31 saylı Suraxanı ikinci SD İsa Qəmbər - Müsavat, 15 saylı Yasamal birinci SD KAXCP Mirmahmud Mirəli oğlu - KAXCP, 42 saylı Sumqayıt ikinci SD Əhməd Oruc - Azadlıq, 18 saylı Nərimanov-Nizami SD AMİP Yusif Bağırzadə - AMİP, 39 saylı Kəpəz birinci (Gəncə) SD ?Yeni Müsavat? qəzetinin baş redaktoru Rauf Arifoğlu - 25 saylı Nizami ikinci SD ?Reytinq? qəzetinin baş redaktoru Afiq Mirzəbəyli - 83 saylı Ağcəbədi-Füzuli SD

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA