Azərbaycanın ?Qırmızı Kitab?ının portalı hazırlanır

img

13-09-2010 [01:02]


?Demokratik İslahatçı Gənclər? İctimai Birliyi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə ?Azərbaycanın nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin təbliği portalı? layihəsinə başlayıb. Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanın Qırmızı Kitabında yer almış fauna və florasını əhatə edəcək ekoloji portalın hazırlanmasıdır. Bundan əlavə, portalda vətəni Azərbaycan sayılan heyvan və bitkilər, nadir növlər, nəsli kəsilmək üzrə olan növlər barədə ətraflı informasiya veriləcək. İctimai Birlikdən MIA-ya verilən məlumata görə portal yerli sakinlər arasında maarifləndirmə işi aparmaqla yanaşı, eyni zamanda Azərbaycanın füsunkar təbiəti barədə beynəlxalq aləmdə də təbliğatçı rolunda iştirak edəcək. Qeyd edək ki, ingilis və Azərbaycan dillərində hazırlanacaq portal ölkəyə turist axınını təmin etmək baxımından da önəmli rol oynayacaq. Xatırladaq ki, iki ay müddətində davam edəcək layihənin sonunda hazırlanmış portalın geniş ictimayyətə təqdim edilməsi pılanlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR