DUi namizədlərini MSK-ya təqdim etdi

img

13-09-2010 [11:12]


Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) namizədlər siyahısını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, partiya komissiyaya 73 namizədin siyahısını verib. Siyahıda olanların əksəriyyəti KXCP üzvüdür. Digərləri isə Demokratiya Uğrunda İttifaqa daxil olan Azadlıq, Böyük Azərbaycan, Xalq və Milli Qurtuluş partiyalarının namizədləridir. Qeyd edək ki, DUİ parlament seçkilərinə KXCP-nin namizədlər siyahısı ilə qatılmaq qərarı verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA