Piter Semnebi Əli Əhmədov və Isa Qəmbərlə görüzüb

img

06-09-2010 [06:00]


Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə bu ilin noyabrın 7-də keçiriləcək parlament seçkilərinə hazırlıq və seçkiqabağı ictimai-siyasi vəziyyət barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Müsavat Partiyasının başqanı İsa Qəmbərlə bu gün keçirdiyi görüşdə də parlament seçkilərinə hazırlıq və seçkiqabağı ictimai-siyasi vəziyyət müzakirə mövzusu olub. P.Semnebi sabah da görüşlərini davam etdirəcək. Onun Ümid Partiyasının sədri İqbal Ağazadə və AXCP sədri Əli Kərimli ilə görüşləri də nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA