Prezident Konstitusiya Məhkəməsinin hakimi haqda sərəncam verdi - Rafael Sergeyeviç kimdir? + FOTO

img

27-12-2017 [18:12]


Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rafael Sergeyeviç Qvaladze "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Xatırladaq ki, Rafael Sergeyeviç Qvaladze Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimidir. O, 1 yanvar 1948-ci ildə Gürcüstan Respublikasının Laqodexi şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 

Əmək fəaliyyətinə 1971-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsində başlamışdır. Həmin ildən 1985-ci ilədək Azərbaycan Respublikasının Ali Məhkəməsində baş məsləhətçi, şöbə rəisi vəzifələrində çalışmışdır. 1985-ci ildən 1990-cı ilə qədər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. 1990-ci ildən 1992-ci ilədək Azərbaycan Respublikasının prokurorluq və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1992-ci ildən 1998-ci ilədək Ali Məhkəmədə şöbə rəisi vəzifəsində işləmişdir. 

14 iyul 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur. 

Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasınnın hüquq və məhkəmə sisteminin islahatı işçi qrupunun üzvüdür. 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə «Tərəqqi» medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının əməkdar hüquqşünasıdır. 

Ailəlidir, iki övladı var.


Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR