Jurnalistlərə ev tikmək üçün Bayılda yer ayrılıb

img

06-09-2010 [05:12]


Azərbaycanda jurnalistlərə veriləcək evlərin tikilməsi üçün bayıl Qəsəbəsində 50 sot yer ayrılıb. Bu barədə jurnalistlərə açıqlamasında Kütləvi İnformasiya Vasitələrin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli deyib. Onun sözlərinə görə, həmin ərazidə 3 ədəd 16 mərtəbəli binanın tikilməsi mümkündür: ?Jurnalistlərə evlərin verilməsi məsələsi ilə bağlı sənədlərin qəbulu tikinti layihəsinə start verildikdən sonra həyata keçiriləcək". Səfərlinin sözlərinə görə, evlərin jurnalistlərə verilməsi ilə bağlı kriteriyalar hələ müəyyənləşməyib. Bu barədə müzakirələr olmayıb: ?Evlərin tikintisinə başlananda hansı sənədlərin tələb olunması barədə elan verəcəyik və sənədlər fondda qəbul olunacaq". Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncamda Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5,0 (beş) milyon manat vəsait ayrılması qeyd olunur. Trend

Digər xəbərlər
SON XƏBƏRLƏR