Jurnalistlərin Pezə Davranız Qaydaları yeni variantda təqdim olunub

img

06-09-2010 [12:19]


Bu gün Jurnalistlərin Peşə Davranış Qaydaları yeni variantda təqdim olunub. Bu, ATƏT-in Bakı Ofisi ilə Azərbaycan Mətbuat Şurasının ?Medianın özünütənzimləməsi vasitəsi ilə ifadə azadlığının qorunması? mövzusunda birgə keçirdiyi konfrans zamanı baş tutub?. Modern.az-ın məlumatına görə, əlavələr edilmiş sənədin məqsədi jurnalist təcrübəsini institusional təkmilləşdirmək və media mənsublarının gündəlik fəaliyyətində peşəkar etik standartların tətbiqini təşviq etməkdir. Mətbuat Şurasının əvvəlki Peşə Davranışı Qaydalarına əsaslanan yeni sənəddə məlumatların toplanması və açıqlanması, cinayət hadisələri haqqında məlimatların verilməsi və təqsirsizlik prezumpsiyası, eləcə də medianın müstəqilliyi və jurnalistlərin hüquqlarına dair məsələlərə diqqət yetirilib. ATƏT-in Bakı Ofisinin rəhbəri Ali Bilge Cankorel deyib: ?ATƏT məkanında Mətbuat şuralarının qəbul etdiyi Peşə Davranış Qaydaları mətbuatın özünütənzimləməsi işində çox mühüm vasitəyə çevrilib. Bu qaydalar vasitəsilə media öz peşəkarlığını artırmaqla yanaşı, müstəqilliyini də qoruyub saxlayır. Ümid edirik ki, yeni əlavələr edilmiş Peşə Davranış Qaydaları və bu standardlara dair Mətbuat Şurasının yenilənmiş öhdəlikləri Azərbaycanda təhqir, böhtan və defamasiyanın dekriminallaşdırılmasına təkan verəcək?. ATƏT və Mətbuat Şurası jurnalistlərin etik davranış qaydalarının təkminlləşdirilməsinə həsr olunmuş iki dəyirmi masa keçirib. Bu tədbirlər zamanı peşəkar davranış qaydaları nəzərdən keçirilmək üçün informasiya agentliklərinin rəhbərləri, qəzet redaktorları və bu sahədə çalışan digər rəhbər işçilər bir araya gəlib. Mətbuat Şurasının sədri Əflatun Amaşov isə deyib ki, jurnalistlərin Peşə Davranış Qaydalarının yeni variantı KİV təmsilçilərinin daha məsuliyyətli olmasına və ölkədə jurnalist mədəniyyətinin inkişafına kömək edəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR