"Reytinq" yeni layihənin icrasına bazlayıb

img

04-09-2010 [03:19]


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqədə "Reytinq" qəzetinin layihəsinin maliyyələşdirilməsinə qərar verilib. Baş redaktor Afiq Mirzəbəyli setyabrın 2-də KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ilə görüşərək, layihənin icrasına başlanmasına dair müqavilə imzalayıblar. A.Mirzəbəyli bizimlə söhbət zamanı deyib ki, 4 ay davam edəcək layihə müddətində gənc nəslin elmə gəlişinin təşviqi istiqamətində fəaliyyət göstərəcəklər: "Artıq qarnt layihəsinin icrasına başlamışıq. Əməkdaşlara müvafiq araşdırmalar aparmaq üçün müəyyən tapşırıqlar verilib. Bildiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları" təsdiq edilib. Layihəni icra edəcəyimiz 4 ay ərzində isə ölkədə dokturanturaya qəbul imtahanları keçiriləcək. Buna paralel olaraq, bu ilin payızında "Elm haqqında" qanun layihəsinin də müzakirəsi və qəbulu gözlənilir. Bu isə layihəmizin aktullağını ikiqat artırır. Dokturanturaya qəbul müddətində də gənclərin daha aktiv şəkildə bu prosesə cəlb edilməsi istiqamətində iş görəcəyik. 4 may 2009-cu il tarixində təsdiqlənən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"da və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nda qarşıya qoyulan məqsədlərlə bağlı gənclər məlumatlandırılacaq. Xüsusən də "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"da göstərildiyi kimi, gənc nəsildə fundamental və tətbiqi elmlərə marağın azalması, cəmiyyətdə elmin və alim nüfuzunun zəifləməsi ilə bağlı problemlədən çıxış yolları axtarılacaq". KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun jurnalist təşkilatları, informasiya agentlikləri və qəzet redaksiyaları arasında elan etdiyi müsabiqənin obyektiv keçirildiyini deyən baş redaktor "Reytinq" qəzetinin öz layihəsini uğurla həyata keçirəcəyini bildirib: "Layihənin icrası başa çatdıqdan sonra da gənclərin elmə marağının artmasına öz töhfəmizi verməyə çalışacağıq".

Digər xəbərlər
SON XƏBƏRLƏR