Problemli kreditlərin həcmi artıb

img

08-12-2017 [15:47]


Yanvar-oktyabr aylarında əhalinin banklardakı əmanətlərinin həcmi 2,3% azalıb.

Noyabr ayının 1-nə banklardakı əmanətlərin həcmi 7 milyard 280,1 milyon manat təşkil edib. Qeyd edək ki, ilin sonuna bu rəqəm 7 milyard 448,7 milyon manat olub.

Hesabat dövründə kredit qoyuluşlarının həcmi 11731.9 milyon manat olub. Vaxtı keçmiş kreditlərin məbləği bu il noyabrın 1-nə 1 889,6 mln. manat təşkil edib. Bu, oktyabrın 1-i ilə müqayisədə 32,5 mln. manat və yaxud 1,75% çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 417 milyon manat və yaxud 28,3%, son 1 ildə isə 514 mln. manat və yaxud 37,4% artıb.

Oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 15,55% təşkil edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA