İnam Kərimov: "Məhkəmə müstəqilliyi bir imtiyaz deyil, həm də məsuliyyətdir" - "...o, hakimin daxili dürüstlüyü və mənəvi inamı..."
14-10-2025 [09:43]
"Artıq məhkəmələr yalnız qərar çıxaran deyil, həm də etimad doğuran institutlara çevrilib".
Mia.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Beynəlxalq Hakimlər Assosiasiyasının Azərbaycan Hakimlər İttifaqı ilə əməkdaşlığı çərçivəsində keçirilən "Məhkəmə hakimiyyəti ilə dövlətin digər iki hakimiyyət qolu arasında əlaqələr" mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, məhkəmə hakimiyyətinin məqsədi qanunu ədalətlə, qorxu və ya üstünlük olmadan tətbiq etmək, eyni zamanda, icraedici və qanunverici hakimiyyətlə qarşılıqlı hörmətə əsaslanan konstruktiv dialoqu qorumaqdır: "Məhkəmə müstəqilliyi bir imtiyaz deyil, həm də məsuliyyətdir. Bu mexanizm vətəndaşları özbaşınalıqdan qoruyur, hər kəsin qanun qarşısında məsuliyyət daşımasını təmin edir və qanunun ədalətə sadiq qalmasına zəmanət verir. Eyni zamanda, bu məsuliyyət məhkəmə hakimini vicdanına və peşə etikasına bağlayır. Bundan əlavə, bu, qərəzsizlikdən, yəni ağıl və məntiqi kölgələyən emosiyalardan, simpatiya və antipatiyadan uzaq qərar vermək qabiliyyətini tələb edir".
Ali Məhkəmənin sədri vurğulayıb ki, məhkəmə hakimiyyətinin gücü təkcə qanunlarla və institutlarla deyil, həm də bu sistemdə xidmət edənlərin xarakteri və məsuliyyət hissi ilə ölçülür: "Çünki məhkəmə müstəqilliyi məhkəmə zalında başlamır, o, hakimin daxili dürüstlüyü və mənəvi inamından başlanır".
İ.Kərimov həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemi dərin və davamlı islahatlardan keçib: "Bu islahatlar məhkəmələri qanunun keşikçisi və ədalətin son hökm verəni kimi möhkəmləndirib. Artıq məhkəmələr yalnız qərar çıxaran orqanlar deyil, həm də etimad doğuran institutlara çevrilib".
***
"Populizm və dezinformasiyanın artması, məhkəmə qərarlarına təsir göstərmək cəhdləri qarşısında ictimai etimadın möhkəmləndirilməsi zəruridir".
Bu fikirləri Ali Məhkəmənin sədri "Məhkəmə hakimiyyəti ilə dövlətin digər iki hakimiyyət qolu arasında əlaqələr" mövzulu beynəlxalq konfransdakı çıxışında deyib.
O qeyd edib ki, ədalətə gedən yol heç vaxt tamamlanmır: "Qlobal məhkəmə icmasının üzvləri kimi hamımız ciddi çağırışlarla üz-üzəyik. Onların arasında populizm və dezinformasiyanın artması, məhkəmə qərarlarına təsir göstərmək cəhdləri qarşısında ictimai etimadın möhkəmləndirilməsi zərurəti var. Texnologiyanın, süni intellektin və sosial medianın sürətli inkişafı həm yeni imkanlar, həm də risklər yaradır. İqlim dəyişikliyi isə məhkəmə hakimiyyətinin üzərinə yeni və mürəkkəb öhdəliklər qoyur".
Ali Məhkəmənin sədri hesab edir ki, bu kontekstdə Beynəlxalq Hakimlər Assosiasiyası son dərəcə mühüm rol oynayır: "Bu qlobal məhkəmə icmasının birgə vicdanı kimi çıxış edir, müxtəlif regionlardan olan hakimləri müstəqillik, dürüstlük və hüququn aliliyinə sadiqlik prinsipləri ətrafında birləşdirir. Dialoq, əməkdaşlıq və ən yaxşı təcrübələrin mübadiləsi vasitəsilə Assosiasiya hüquq sistemləri arasında qarşılıqlı anlayışı möhkəmləndirir. Əminik ki, Assosiasiyanın himayəsi altında keçirilən bugünkü konfrans məhkəmə hakimiyyətinin səmərəliliyinin və müstəqilliyinin artırılmasına mühüm töhfə verəcək. Eyni zamanda, bu tədbir hakimlərin yeni reallıqların yaratdığı çağırışlara qarşı daha hazırlıqlı olmasına kömək edəcək"(Report).
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub