Daha bir sığorta agentliyinin lisenziyası dayandırıldı - Qərar

img

04-12-2017 [19:15]


"Progress-Sığorta Agentliyi” MMC-nin müstəsna sığorta agenti fəaliyyəti üçün 29 fevral 2016-cı il tarixində verilmiş lisenziyası 1 ay müddətinə dayandırılıb.

Mia.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, Palata tərəfindən aparılmış yoxlama zamanı Şirkətin fəaliyyətində sığorta qanunvericiliyinin tələblərinin pozulması faktları aşkar edilib. Cəmiyyət tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemi formalaşdırılmayıb, "Sığorta fəaliyyəti haqqında” qanunun tələblərinə zidd olaraq müvafiq işçilərinin attestasiyadan keçirilməsi təmin olunmayıb.

Bununla bağlı şirkətə nöqsanların aradan qaldırılması üçün bir ay vaxt verilib və həmin müddət ərzində nöqsanların aradan qaldırılmayacağı təqdirdə, müvafiq qanunvericiliyə əsasən, sözügedən sığorta agentliyinin lisenziyasının ləğvi məsələsinə baxılacağı bildirilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA