04-12-2017 [15:16]
Ölkə iqtisadiyyatının davamlı tərəqqisini təmin edən amillərdən biri də dövlət və özəl sektorda şəffaflığın, hesabatlılığın, uçotun təminində mühasibat uçotunun müasir tələblərə uyğun təşkil olunmasıdır.
Mühasibat uçotu sahəsində müasir çağırışları nəzərə alaraq Milli Mühasiblər Forumu Azərbaycan mühasiblərinin problemlərinin öyrənilməsi, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə tədqiqatların və elmi araşdırmaların stimullaşdırılması, beynəlxalq təcrübə üzrə məlumatlılığın artırılması məqsədi ilə hər il Forum keçirir. Tədbirin reallaşmasında əsas məqsəd mühasibləri, sahənin alimlərini, ictimai xadimləri və digər maraqlananları bir araya toplayaraq mövzular ətrafında müzakirələr aparmaq, innovativ fikirləri paylaşmaq, təklif və tövsiyələr toplamağa nail olmaqdır.
Məlum olduğu kimi, artıq 8 aprel 2017-ci ildə Şamaxı şəhərindəki AR Vergilər Nazirliyinin Tədris Mərkəzində Azərbaycanda ilk dəfə olaraq "I Milli Mühasiblər Forumu” keçirilmişdir.
Forum Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İqtisadi Resursların Öyrənilməsi İB, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi və SİNAM şirkətinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Qeyd olunan təşkilatçılar 28-29 aprel 2018-ci il tarixlərində Şamaxı şəhərindəki AR Vergilər Nazirliyinin Tədris Mərkəzində "II Milli Mühasiblər Forumu”-nu keçirəcəklər.
Forumda aşağıdakı mövzular üzrə bölmələr təşkil olunacaq:
1. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi;
2. Vergi qanunvericiliyi və mühasibat uçotu;
3. Büdcə və QHT sektorunda uçot və hesabatın təşkili problemləri;
4. Kommersiya qurumlarında uçot və hesabatın problemləri;
5. Mühasibat proqramları təminatında müasir çağırışlar;
6. Təhsil və sertifikasiya;
7. Mühasibat uçotu üzrə karyera və şəxsi inkişaf imkanları;
Keçiriləcək forum çərçivəsində "2018-ci ilin Mühasibat uçotu sahəsində ilin ən yaxşı mühasibat uçotu kitabı, məqaləsi, jurnalı, təlimçisi və proqramı" nominasiyalar üzrə müsabiqələr də keçiriləcək.
Forumda iştitak üçün qeydiyyat artıq başlamışdır. Maraqlananlar http://www.mmf.az səhifəsinə daxil olub qeydiyyatdan keçə bilərlər.
Şuşakəndə daha 27 ailə köçürüldü
"Fənərbağça"nın heyətindən kənarlaşdırılan futbolçular danışdı: "Heç nə etmədik..."
Qəzzada evlərinə dönmək istəyən daha 3 fələstinli güllələnib
Sabah yağış yağacaq
Xocalı rayonunun Təzəbinə kəndinə növbəti köç olub
Keçmiş icra başçısı Ağstafada dəfn olunacaq
“Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti”nə müraciət sayı açıqlandı
“Bakcell” lotereyasında 2-ci “Zeekr 001” səni gözləyir!
ABŞ bu ölkəyə 3 F-35 verdi
Ağdamda skelet qalıqları tapılıb
Bu gün şagird yerdəyişməsinə start verilir
Əli Əsədov bu Agentliyə yeni səlahiyyət verdi - QƏRAR
İlham Əliyev "Rebuild Karabakh-2025" sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
Bakıda Azərbaycan, Rusiya və İran üçtərəfli görüşü olub, yeni sənəd imzalanıb - "3+3" regional məşvərət mexanizmi..." (Yenilənib)
İnam Kərimov: "Məhkəmə müstəqilliyi bir imtiyaz deyil, həm də məsuliyyətdir" - "...o, hakimin daxili dürüstlüyü və mənəvi inamı..."
Azərbaycan nefti cüzi ucuzlaşıb
FETÖ-yə qarşı əməliyyat: imtahanlara müdaxilə etməkdə şübhəli bilinən şəxslər tutulub
İsrail 13 iordaniyalı məhbusu da azad edib
Qəzza zolağında evinə baxmaq istəyən şəxs güllələnib
Bakıda məhkəmə sisteminə həsr olunmuş beynəlxalq konfrans keçirilir
İordaniya Kralı: "İki dövlətli həll prinsipi həyata keçirilməsə, bölgə məhvə məhkumdur"
Qətər əmiri: "Sülh sammitindən çox ümidliyik"
Daha bir QHT sədrinə cinayət işi açılıb
Kürdəmirdə ər arvadına 10 bıçaq zərbəsi vurub
SOCAR-da daha bir dəyişiklik - "Azneft"in direktoru yola salındı
DÇ-2026: Azərbaycan - Ukrayna oyununda 3 qol var (Yenilənib)
Ərdoğan Misirdən ayrıldı
"Eyüpspor"un yeni baş məşqçi ilə anlaşıdı - 3 illik müqavilə ilə
Gürcüstan millisinin baş məşqçisi: "Bura qələbə üçün gəlmişik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
DÇ-2026: Türkiyə-Gürcüstan matçının gəliri Qəzzaya bağışlanacaq.
Vinçenzo Montella: "Berke Özer üzərində çox dayanmayacağam"
Kerem Aktürkoğlu: "Qələbə pley-off şanslarımızı artıracaq"
CHP-də növbəti istefa - Zonguldak Qadın Təşkilatı sədri istefa verib
İlham Əliyev Misirdə: Qəzza üzrə yekun atəşkəs sazişi imzalandı - "Bu, dünya üçün böyük bir gündür" (VİDEO, Yenilənib)
"Yaxın Şərqdə sülh!!! Tarix yazılır!!!" - Hikmət Hacıyev
Sabah bu ərazilərdə qaz olmayacaq
İLHAM ƏLİYEVLƏ TRAMP GÖRÜŞDÜ: "Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi?" - Misirdə + VİDEO, FOTOLAR
İsrail 1900-ə yaxın fələstinli məhbusu azad edib - Onlardan 154 ömürlük məhbus olub
“Sədərək”də reklam qurğuları sökülüb