Sığorta şirkətinin 4 filial direktoru dəyişdi - Təyinatlar

img

04-12-2017 [13:01]


Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta”) 4 filialının direktoru dəyişib.

Biləsuvar filialının direktoru Elçin Heydərovu Qabil Bağırov, Cəlilabad filialının direktoru Əvəz Xanəliyevi Lətif Ağayev, Kürdəmir filialının direktoru Mətləb Kərimovu Elmin Ağayev, Siyəzən filialının direktoru Sənan Ağayevi isə Rəşad Nuriyev əvəz edib.

"Yeni təyinatlar müxtəlif səbəblərdən baş tutub. Keçmiş filial direktorlarının arasında pensiya yaşı çatan, xəstəliyi ilə əlaqədar könüllü ərizə yazan, başqa işə keçən adamlar var”, - deyə "Azərsığorta”dan bildirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA