"2018-ci ildə “Şahdəniz” qazının Avropaya çatdırılmasına başlanılacaq" - BP prezidenti

img

03-12-2017 [20:22]


"BP Gürcüstan ərazisində "Cənub Qaz dəhlizi" üzrə tikinti işlərini başa çatdırıb".
 
Mia.az xəbər verir ki, bu sözləri "Report"un Gürcüstan bürosuna açıqlamasında BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidenti Qəri Counz (Gary Jones) deyib.
 
Onun sözlərinə görə, "Cənub qaz dəhlizi" üzrə həyata keçirilən layihələr nəzərdə tutulmuş cədvəl üzrə müəyyən olunmuş büdcə çərçivəsində həyata keçirilir. Bu marşrut üzrə mexaniki işlər tam başa çatdırılıb. Boru kəməri demək olar ki, hazırdır.
 
"İnanıram ki, 2018-ci ilin ikinci yarısında "Şahdəniz" qazının Gürcüstandan keçməklə Avropaya çatdırılmasına başlaya biləcəyik", - deyə Q.Counz vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA