Prezident tapşırıq verdi - Ehtiyac meyarı artırıldı

img

01-12-2017 [16:53]


"Dövlət büdcəsi sosial yönümlüdür. Cənab prezidentin tapşırığı ilə ehtiyac meyarının həddi 116 manatdan 130 manata qaldırıldı. Bu da Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin bir ailəyə düşən orta aylıq məbləğinin 14 manat artmasına gətirib çıxaracaq. Bu da gələn il bir ailəyə düşən məbləğin 175 manata çatmasına səbəb olacaq”.

Mia.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. 

Nazirin sözlərinə görə, bu, bir daha göstəri ki, dövlət başçsının ilk diqqəti sosial problemlərin həllinə yönəlib.

"Büdcə müzakirəsindən sonra edilən dəyişiklik sosial xarakter daşıyır. Növbəti ildə əhalinin aztəminatlı təbəqəsinin sosial ödənişləri, müxtəlif sosial müavinətlərlə və ünvanlı sosial yardımlarla təmin olunması diqqət mərkəzində olacaq. Artırılan məbləğin onlara çatdırılmasına problem olmayacaq”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA