Çində dünyanın ən nəhəng neft yatağı aşkarlandı: 9 milyard barel...

img

01-12-2017 [12:27]


Çinin "PetroChina" dövlət neft şirkəti ölkənin şimal-qərbində yerləşən Sintzyan-Uyğur muxtar vilayətində dünyanın ən iri neft yataqlarından birini aşkarlayıb.

"Report" TASS agentliyinə istinadən bildirir ki, bu barədə Çinin "Sinxua" agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, aşkar olunan yataqda geoloji ehtiyatların həcmi 1,24 milyard ton (9 milyard barel) təşkil edir. 

"PetroChina"nın regional şirkəti "Xinjiang Oilfield"in rəhbəri Tan Yun bildirib ki, aşkar olunan 1,24 mlrd. ton geoloji ehtiyatların 520 mln. tonu (3,8 mlrd. barel) və ya 42%-i təsdiq olunub: "Bu isə ABŞ-ın "Hemlok" və Braziliyanın "Kampus" yataqlarındakı ehtiyatlardan çoxdur".

Tan Yun həmçinin qeyd edib ki, 1990-cı illərdən bu regionda kəşfiyyat işləri aparılsa da, texnologiyanın zəif olması işi mürəkkəbləşdirib. Yeni yatağın kəşf olunması regionda neft-qaz kəşfiyyatı üçün perspektivləri genişləndirir.

Xatırladaq ki, Çinin hazırda ən iri neft yatağı olan "Datsin" Xeyluntzyan əyalətində yerləşir və 5,7 mlrd. ton (41,6 mlrd. barel) ehtiyata malikdir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA