OPEK-in yeni prezidenti seçildi - BƏƏ-nin energetika naziri yanvarın 1-dən vəzifəsini icra edəcək

img

01-12-2017 [09:12]


OPEK-in yeni prezidenti BƏƏ-nin energetika naziri Süheyl əl Məzrui olacaq. 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə OPEK-in hazırkı prezidenti Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl Falix bildirib.  
 
Süheyl əl Məzrui OPEK-in prezidenti vəzifəsini 2018-ci ilin yanvarın 1-dən icra etməyə başlayacaq.
 
Qeyd edək ki, OPEK neft hasilatının həcminin azaldılmasına dair razılaşmanın müddətini 9 ay artıraraq 2018-ci ilin sonunadək uzadıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA