"Aylıq 4 manat ödəməklə, pensiya almaq mümkün deyil" - Baş nazirin müavinindən mesaj

img

30-11-2017 [12:31]


"Qiymətləndirməyə görə, bu gün Azərbaycanda qeyri-leqal məşğulluq yüksəkdir".
 
Bunu baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın icrası ilə bağlı keçirilən mətbuat konfransında bildirib. 
 
 Ə. Əhmədov deyib ki, bu gün işləyən 4,7 milyondan 1,5 milyonu rəsmi məşğuldur: "Məsələn, qeyri-rəsmi məşğul çalışanlara baxsaq, bu gün özəl kənd təsərrüfatında çalışanlar aylıq 4 manat vəsait ödəyir. Bununla gələcəkdə pensiya almaq mümkün deyil.  Biz qeyri-rəsmi məşğulluğu aradan qaldırmaqla dövlət büdcəsinə böyük miqdarda ödənişlərə nail olmaq istəyirik".

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA