Bu gecə Azərbaycanda bıçaqlı zəxslər jurnalistə hücum edib

img

31-08-2010 [12:24]


Azərbaycanda jurnalistə hücum edilib. Hadisə bu gecə Bakının Binəqədi rayonunda baş verib. ?KomandA? qəzetinin əməkdaşı Rəsul Şükürsoy evinin qarşısında naməlum şəxslər tərəfindən hücuma məruz qalıb. Bu barədə ?Qafqazinfo?ya hücuma məruz qalan jurnalist Rəsul Şükürsoy özü bildirib. O, başına gələn hadisə ilə bağlı bunları deyib: ?Evə yaxınlaşırdım, iki nəfər mənə tərəf gəlib şübhəli hərəkətlər etməyə başladılar. Onlardan biri sanki özünü itirmiş formada üstümə hücum çəkdi. Əlində bıçaq gördüm. Özümü müdafiə etməyə macal tapmadım. Bir az gec tərpənsəydim, zərbə sinəmə tuşlanmışdı. Lakin bıçaq zərbəsi qolumdan dəydi və mən yaralandım? . Jurnalist aldığı xəsarətdən sonra Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına müraciət edib. Onun yaralanmış qoluna tikiş qoyulub və evə buraxılıb. Jurnalist son iki gündə elektron poçtuna hədə xarakterli məktubların gəldiyini də bildirib. Qeyd edək ki, Rəsul Şükürsoyun işlədiyi qəzetə bir neçə gün əvvəl futbolçu Mahmud Qurbanov da hücum etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR