Sosial internet ideyaları müsabiqəsi keçirilir

img

31-08-2010 [11:31]


Mərkəzi Praqada yerləşən ?Transitions? təşkilatı Azərbaycanda bu il sentyabrın 18-19-da Sosial Yeniliklər Düşərgəsi (SYD) keçirəcək. SYD ideyalar və rəqəmsal alətləri 48 saat ərzində bir araya gətirməklə sosial problemlərin həllinə yönəlmiş internet əsaslı yeniliklərin yaradılması məqsədilə təşkil edilir. SYD-nin məqsədi əhalinin sosial problemlərini həll edən və digər sosial tələbatlarına cavab verən orijinal layihələrin reallaşmasının dəstəklənməsi və seçilmiş layihəyə pul mükafatının verilməsidir. SYD haqqında daha ətraflı məlumat düşərgənin saytında yerləşdirilib: www.syd-az.net Tədbirdə iştirak edə bilər: a) hər hansı bir sosial problemin həlli üçün internetdə reallaşdırılacaq hazır ideyaları olan, amma bunun üçün şəxsi imkanları olmayan ideya sahibləri. İdeya göndərmək üçün forma: http://1.syd-az.net/ideya-gonder b) mövcud ideyaları reallaşdırmağa kömək edən iştirakçılar, o cümlədən proqramçılar, veb-developerlər, koderlər, dizaynerlər, bloqçular, marketoloqlar və s. İştirakçı kimi müraciət etmək üçün forma: http://1.syd-az.net/istirak-ucun-muraciet-et Hər 2 formada müraciət üçün son tarix 1 sentyabrdır. Düşərgənin ilk günündə iştirakçılar tanış olmaq imkanı əldə edirlər, sonra isə seçilmiş ideyalar iştirakçılara təqdim olunur, iştirakçılar xoşladıqları ideyanı seçir və qrup şəklində işləməyə başlayırlar. Düşərgənin ikinci günündə ideyaları reallaşdırma prosesi bitdikdən sonra iştirakçılar konfrans zalına gəlir və qruplar bir-bir öz yaratdıqları ideyaları nümayiş etdirirlər. Sonda isə əksəriyyəti xarici ekspertlərdən ibarət olan münsiflər heyəti tərəfindən qalib təyin olunur. Qalib gəlmiş ideyaya mükafat olaraq pul köməkliyi göstərilir və ideya həyata keçirilir. Bundan başqa qalib ideyaya xarici ekspertler konsaltinq xidməti də göstərəcəklər. Xatırladaq ki, analoji düşərgələr Böyük Britaniya, Avstraliya, Slovakiya, Koreya və Gürcüstanda da keçirilib. Bu tədbirlərin nəticələri əsasında təşkilatçılar bu ideyanı Azərbaycanda da həyata keçirmək qərarına gəliblər. Əlavə məlumat üçün e-mail: [email protected]

Digər xəbərlər
SON XƏBƏRLƏR