27-11-2017 [10:23]
Paytaxtdakı market və mağazalarda ərzaq və digər gündəlik tələbat məhsullarının qiymətlərində bahalaşma davam edir.
Mia.az xəbər verir ki, bu haqda xəbəri "Yeni Müsavat” yayıb. Xəbərdə bildirilir ki, yağın bahalaşması ilə bağlı yaşanan ictimai narazılıqdan sonra qiymət artımları daha səssiz şəkildə həyata keçirilir və demək olar ki, hər gün 1-3 qəpik artım olur. Artıq yağın, digər süd məhsullarının, yumurtanın, təmizlik vasitələrinin, digər konservləşdirilmiş ərzaq məhsullarının qiymətində bahalaşma özünü göstərir.
Qəzetin əməkdaşı qiymətlərlə bağlı durumu öyrənmək üçün marketlərə baş çəkib. Bəlli olub ki, kərə yağının qiymətində gözlənilən ucuzlaşma hələ də reallaşmayıb. Hökumət tərəfindən gömrük rüsumunun 3 dəfə azaldılması ilə bağlı qərar hələ qüvvəyə minmədiyindən qiymətlərdə ciddi bir dəyişiklik müşahidə olunmur. Əksinə, ayrı-ayrı marketlərdə bir neçə faiz bahalaşma nəzərə çarpır. Bununla yanaşı, bazarlara Ukrayna istehsalı olan yağlar ayaq açıb. Kiloqramı 11-12 manata satılan bu yağlar artıq alıcılar arasında populyarlıq qazanıb. Bahalı Zellandiya və Almaniya istehsalı olan kərə yağlarını ala bilməyən vətəndaşlar tələbatlarını nisbətən ucuz olan Ukrayna istehsalı kərə yağları ilə ödəməyə çalışırlar.
Digər bahalaşan məhsul yumurtadır. Hazırda fabrik yumurtasının 1 ədədi 15 qəpik, kənd yumurtası adı ilə satılan məhsulun 1 ədədi isə 24 qəpikdir.
Məlum olduğu kimi hər il Yeni il ərəfəsində əhalinin artan tələbatını nəzərə alan iş adamları qiymətləri "ceyran belinə” qaldırırlar.
Marketdə ən çox qiymət artımı xaricdən idxal olunan şirniyyatların qiymətində özünü göstərir. Bunun önəmli səbəblərindən biri də xaricdə kərə yağının qiymətinin qalxması ilə əlaqədar şirniyyat məhsullarının da bahalaşmasıdır.
Qiymət artımı əhalinin ən çox tələbatı olan gündəlik məhsullarda hiss olunur. Tələbatın az olduğu məhsullarda artım yoxdur. Xüsusən xaricdən idxal olunan zeytun yağında, günəbaxan və qarğıdalı yağında 5-10 qəpik arası artım var. Siqaretin qiyməti isə market və mağazalarda fərqlidir, bəzi mağazalar arasında 10-20 qəpik fərq var.
Qiymətlərlə bağlı durumu dəyərləndirən iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki,inflyasiyanın bu qədər yüksəlməsinin əsas səbəbi ərzaq məhsullarının bahalaşmasıdır: "Son dövrdə gündəlik tələbat məhsullarındakı bahalaşma prosesini təhlil etdikdə görərik ki, burada hər hansı bayramın, hər hansı hadisənin heç də əhəmiyyətli rol oynamadığını görə bilərik”.
İqtisadçı onu da diqqətə çatdırıb ki, ərzaq məhsulları sahəsində bütün dünyada bahalaşma gedir: "Bu faktorun özü Azərbaycanın daxili bazarına ciddi şəkildə təsir edir. Gömrük rüsumlarının yüksək olması, monopoliyanın olması kimi subyektiv amillər də üstünə gələndə, həmin idxal inflyasiyası öz təsir gücünü birə-beş artırır”.
Yeni il öncəsi bahalaşmanın olacağı ilə bağlı proqnozlara gəlincə, iqtisadçı Pərviz Heydərov bildirib ki, ciddi bahalaşma gözlənilmir: "Çünki manatın dəyəri sabitləşib, ölkənin tədiyyə balansının müsbət istiqamətdə dəyişməsi ilə əlaqədar, neftin qiymətinin əlverişli həddə olması ilə əlaqədar manatın məzənnəsi müəyyən qədər stabilləşib. Manat hətta dollar qarşısında 1.70-dən də aşağı meyllənmək istəyir, ancaq Mərkəzi Bank buna imkan vermir. Odur ki, manatın sabitləşməsi ilə bağlı ölkədə ərzaq məhsullarının və gündəlik istehlak mallarının qiymətinin bahalaşması üçün heç bir zəmin yoxdur. İkincisi, inflyasiyanın 14 faiz təşkil etməsində, ərzaq məhsullarının bahalaşmasında ötən ilin sonunda qazın, elektrik enerjisinin tariflərinə edilən dəyişikliklərin, o cümlədən bu ilin yayında Aİ 93 markalı benzinin qiymətinin artırılmasının da rolu var. Bu da qiymətlərdə özünü göstərdi. Yaxın gələcəkdə, kommunal xidmətlərin yox, ancaq bəzi yanacaq növlərinin qiymətinin artması gözlənilir. Əgər bu baş versə, bazarda kifayət qədər bahalaşma müşahidə edə bilərik. Ancaq Yeni ilin gəlişi ilə bağlı müəyyən məhsulların qiymətin artım olacağı istisna deyil. Bütövlükdə isə ilin sonuna kimi inflyasiyanın 14 faizdən də yüksəyə qalxacağı gözlənilmir”.
ATƏT sədri bakıya niyə gəlmədi? - XİN-dən açıqlama
Aparıcı: "Necə sevinə bilərsiniz ki, o deport olunub?
"Belə bir adamı az qala “terrorçu” ediblər" - Namiqdən Aygünün başına toyda gələn olay haqda açıqlama (VİDEO)
Türkiyədə qatar mikroavtobusu vurub - 17 şagird yaralanıb
Azərbaycan, İran və Rusiya rəsmiləri Şimal-Cənub dəhlizinin infrastrukturuna baxış keçirib
Venesuelada qızıl mədəni çöküb - 14 mədənçi ölüb
Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb
Deputatlar daha 6 məsələni müzakirəyə çıxaracaq - SİYAHI
MSK sabah toplanır: bu deputatın mandatına xitam veriləcək
Əli Əsədov taksilərə bağlı qərar imzalayıb - Dəyişiklik
İrandan PUA vasitəsilə narkotik keçirən narkotacir həbs olunub
Tural Həsənov yeni vəzifəyə təyinat alıb
Şuşakəndə daha 27 ailə köçürüldü
"Fənərbağça"nın heyətindən kənarlaşdırılan futbolçular danışdı: "Heç nə etmədik..."
Qəzzada evlərinə dönmək istəyən daha 3 fələstinli güllələnib
Sabah yağış yağacaq
Xocalı rayonunun Təzəbinə kəndinə növbəti köç olub
Keçmiş icra başçısı Ağstafada dəfn olunacaq
“Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti”nə müraciət sayı açıqlandı
“Bakcell” lotereyasında 2-ci “Zeekr 001” səni gözləyir!
ABŞ bu ölkəyə 3 F-35 verdi
Ağdamda skelet qalıqları tapılıb
Bu gün şagird yerdəyişməsinə start verilir
Əli Əsədov bu Agentliyə yeni səlahiyyət verdi - QƏRAR
İlham Əliyev "Rebuild Karabakh-2025" sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
Bakıda Azərbaycan, Rusiya və İran üçtərəfli görüşü olub, yeni sənəd imzalanıb - "3+3" regional məşvərət mexanizmi..." (Yenilənib)
İnam Kərimov: "Məhkəmə müstəqilliyi bir imtiyaz deyil, həm də məsuliyyətdir" - "...o, hakimin daxili dürüstlüyü və mənəvi inamı..."
Azərbaycan nefti cüzi ucuzlaşıb
FETÖ-yə qarşı əməliyyat: imtahanlara müdaxilə etməkdə şübhəli bilinən şəxslər tutulub
İsrail 13 iordaniyalı məhbusu da azad edib
Qəzza zolağında evinə baxmaq istəyən şəxs güllələnib
Bakıda məhkəmə sisteminə həsr olunmuş beynəlxalq konfrans keçirilir
İordaniya Kralı: "İki dövlətli həll prinsipi həyata keçirilməsə, bölgə məhvə məhkumdur"
Qətər əmiri: "Sülh sammitindən çox ümidliyik"
Daha bir QHT sədrinə cinayət işi açılıb
Kürdəmirdə ər arvadına 10 bıçaq zərbəsi vurub
SOCAR-da daha bir dəyişiklik - "Azneft"in direktoru yola salındı
DÇ-2026: Azərbaycan - Ukrayna oyununda 3 qol var (Yenilənib)
Ərdoğan Misirdən ayrıldı
"Eyüpspor"un yeni baş məşqçi ilə anlaşıdı - 3 illik müqavilə ilə
Gürcüstan millisinin baş məşqçisi: "Bura qələbə üçün gəlmişik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
DÇ-2026: Türkiyə-Gürcüstan matçının gəliri Qəzzaya bağışlanacaq.