Azercell-dən Limitsiz internetlə iPhone X əldə et!

img

25-11-2017 [18:24]


iPhone X telefonlarının Azərbaycanda rəsmi təqdimatçısı Azercell Telecom MMC öz abunəçiləri üçün yeni iPhone X telefonları üzrə cəlbedici kampaniyaya başlayır.

Mia.az-ın məlumatına görə, ayda cəmi 129 manat ödəməklə, abunəçilər ən müasir smartfona sahib olub, 30GB həcmində Hədsiz internet paketi əldə edəcəklər. 

24-30 noyabr tarixləri ərzində sifarişlərini öncədən edən müştərilər isə telefonu aldıqları tarixdən sonrakı bir ay ərzində Hədsiz tarifindən pulsuz yararlanacaq.

 Öncədən sifariş kampaniyasına qoşulmaq üçün abunəçilər sifarişi 24 – 30 noyabr tarixləri ərzində Azercell-in rəsmi veb səhifəsində (www.azercell.com) yerləşdirməli, 1-8 dekabr tarixləri arasında isə Azercell-in Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşmalıdırlar. Telefonların sayı məhduddur.
 
Məlumat üçün qeyd edək ki, iPhone X iPhone-un ən yeni nəsil modelidir və yeni kamera sistemi və orijinal dizaynı ilə seçilir. Azercell şirkəti bundan sonra da abunəçilərini yeni sərfəli kampaniya və xidmətlərlə sevindirməkdə davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA