Qulu Məhərrəmli: "ictimai Televiziya demokratiyaya xidmət etmir"

img

28-08-2010 [03:22]


Avqustun 29-da Azərbaycanda İctimai TV-nin müntəzəm yayıma başlamasından 5 il keçir. Həmin qurumun bu dövrdəki fəaliyyətini necə qiymətləndirmək olar? Bu sualla televiziya mütəxəssisi, professor Qulu Məhərrəmliyə müraciət etdik. Müstəqil İnformasiya Agentliyinə müsahibə verən Qulu Məhərrəmlinin fikirləri maraqlı oldu. - Mən ölkəmizdə İctimai TV-yə daha çox 3-4 yüz əməkdaşın maaş aldığı iş yeri, yeni müəssisə kimi baxıram. İqtisadi amil və adamların güzəranı baxımından bu, müsbət faktdır. Lakin bu müəssisənin buraxdığı ?məhsullar?, yəni verilişlər demokratiya yolunu seçmiş Azərbaycan cəmiyyətinin işinə yaramır. [b]- Amma İTV-nin təmsilçiləri baçqa fikirdədirlər, üzlərinin populyarlıqlarını və baxımlı kanal olmalarını iddia edirlər.[/b] - Bu təriflər kanal yayıma başlayan gündən gedir. İctimai qınaq və ictimai meyarlar olmadığından kim nə istəyirsə uydurur. Əlbəttə, ola bilər ki, məsələn, AzTV-yə nisbətən bu kanala baxanların sayı çoxdur, çünki hər halda ikinci, durğun AzTV-dən daha çevik proqram siyasəti qurmağa çalışır. Yaxud indi kəskin differensiasiyaya uğramış cəmiyyətimizdə ola bilər ki, hansısa bir seqment müəyyən bir verilişə tutaq ki, aşıq musiqisinə çox baxır. Amma ictimai yayım bunun üçün deyildir. Yayımın bu nüvü cəmiyyəti narahat edən aktual müvzularda ictimai müzakirələr, debatrlar təşkil etməklə fikir plüralizmini genişləndirməlidir. Təəssüf ki, bu mənada İTV demokratiyaya lazımınca xidmət etmir, cəmiyyəti bütün çalarları ilə güstərə bilmir. Mən bu məsələdə obyektiv səbəblərin də olmasını deməliyəm. [b]- Hər hansı televiziyanın siması onun informasiya proqramıdır. Bəs İctimai kanalın xəbər proqramları haqqında nə deyə bilərsiniz?[/b] - Kanalın xəbərlərində bir az əvvəl müəyyən dirçəlmə, yeni təqdimat cəhdləri olsa da, bütüvlükdə ?Carçı? axsamaqda davam edir. Təbliğat-təşviqat yüklü olması bu proqramın heç olmasa ?Son xəbər? (ATV) kimi xəbər buraxılışı səviyyəsinə qalxmasına imkan vermir. [b]- Sizcə bəs Yayım Şurası bu kanalın fəaliyyətinə niyə səmərəli nəzarət etmir? [/b] - Əvvəla, Yayım Şurasının belə nəzarət üçün səviyyə və səlahiyyəti kifayət deyildir. İkincisi, ona bu nəzarət üçün şəraiti yaradan kimdir! [b]- Axı qanuna görə Şura üzvləri müstəqil adamlardır, ictimaiyyəti təmsil edirlər...[/b] - Bir daha deməyə məcburam ki, Yayım Şurası formal qurumdur, telekanalın proqram siyasətinə heç bir təsiri yoxdur. Həm də Şura üzvlərinin əksəriyyəti ictimai düşüncə etibarı ilə tanınmayan təsadüfi adamlardır. Digər tərəfdən, sədr də daxil olmaqla, Şura üzvlərinin bir qismi yalnız İTV-nin təbliğat maşınının ehtiyyat təkəridir. Onlar yalnız belə yubiley günlərində və bəzi toplantılarda kara gəlirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR