?ictimai Televiziya Azərbaycanda demokratiyanın və medianın inkizafına mühüm tövhə verir?

img

27-08-2010 [12:03]


İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov bu gün Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer və Almaniya Bundestaqının deputatı Tomas Baraysla görüşüb. Baş direktor Azərbaycanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzerin gördüyü işlərin böyük önəm daşıdığını vurğulayıb. Teleradionun fəaliyyəti barədə qonaqları məlumatlandıran İ.Ömərov bu günlərdə İctimai TV-nin 5 illik yubleyinin qeyd olunduğunu diqqətə çatdırıb: ?Biz yeni demokratik və şəffaf bir institut kimi cəmiyyət tərəfindən qəbul olunmuşuq. Bu gün Azərbaycanda fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlar və xarici ölkələrin diplomatik nümayəndələri bizimlə əməkdaşlıq edir və birgə layihələr həyata keçiririk?. Baş direktor bildirib ki, İctimai Teleradio Avropa Yayımları Birliyinin üzvü kimi dünyanın aparıcı televiziyaları ilə də əməkdaşlıq edir. Otto Hauzer İctimai Televiziyanın Azərbaycanda demokratiyanın və medianın inkişafına mühüm tövhə verdiyini vurğulayıb. O, eyni zamanda Baş direktoru televiziyanın 5 illik yubley münasibətilə təbrik edib: ?Azərbaycanda tez-tez oluram. Ona görə də xəbərim var ki, İctimai Televiziya çox sevilir və baxılır. Hesab edirəm ki, bü nailiyyətlərə televiziyada çalışan peşəkar insanlar sayəsində nail olunub. Belə bir deyim var, əgər 5 il yaşamaq mümkün olubsa, deməli gələcək çox gözəl olacaq. Sizə daha böyük uğurlar arzulayıram?. Daha sonra bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qonaqlar İctimai Teleradionun departament və studiyalarında iş prosesi ilə tanış olub, kollektivlə görüşüblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR