Mətbuat Şurası dörd qəzetin adının ?qara siyahı?ya saldı

img

24-08-2010 [05:58]


Bu gün Azərbaycan Mətbuat Şurasının ?Reket jurnalistika?ya qarşı mübarizə Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib. Məlumat üçün bildirək ki, əvvəlki tərkibdən fərqli olaraq bu dəfə üzvlərin sırasına üç mətbu nəşrin əməkdaşı da daxil edilib. Mətbuat Şurasının İdarə Heyətinin üzvü, ?İki sahil? qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iclası açaraq başçılıq etdiyi komissiyanın yarandığı gündən bəri gördüyü işlər barədə ətraflı məlumat verib. O, tərkibin genişləndirilməsi zərurətindən danışarkən medianın tənzimlənməsi, sıralarının təmizlənməsi sahəsində fəaliyyətin ictimaiyyət tərəfindən razılıqla qarşılanmasının və bu sahədə səylərin artırılmasının buna əsas yaratdığını deyib. İclasda prosedur qaydalar barədə ətraflı fikir mübadiləsi aparıldıqdan sonra MŞ İdarə Heyəti tərəfindən baxılması tövsiyə olunan müraciətlər araşdırılıb. Komissiya üzvləri on mətbu nəşr barədə toplanmış materialları müzakirə ediblər. Dörd qəzetin adının Mətbuat Şurasının ?qara siyahısı?na? salınması üçün MŞ İdarə Heyətinin müzakirəsinə müvafiq rəyin təqdim olunması məqsədəuyğun sayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR