Media Hüququ institutu jurnalistin döyülməsi pisləyən bəyanat verib

img

23-08-2010 [01:02]


Media Hüququ İnstitutu ?Komanda? qəzetinin redaksiyasına basqın edilməsini, qəzetin baş redaktoru Rəşad Elgünün döyülməsini, qəzet əməkdaşlarının təhqir edilib hədələn?məsini kəskin pisləyir. Avqustun 22-də tanınmış futbolçu, ?Bakı?nın oyunçusu Mahmud Qurbanov idman yönümlü ?Komanda? qəzetinin redaksiyasına basqın edib. Bir neçə gün əvvəl qəzetdə dərc olunan barəsindəki yazıya görə haqq-hesab çəkmək üçün redaksiyaya gələn Mahmud Qurbanov qəzetin baş redaktoru Rəşad Elgünə hücum edərək onu döyüb, təhqir edib. Yazılarına görə jurnalisti hədələyən M.Qurbanov onun üz nahiyəsinə xəsarət yetirib. M.Qurbanov qəzetin digər əməkdaşlarını da təhqir edib, hədələyib, redaksiyaya məxsus kompüter avadanlıqlarını yararsız hala salıb. Jurnalistlər faktla bağlı Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə şikayət edib. ?Jurnalistlərin yazılarına görə döyülməsi, hədələnməsi, təhqir edilməsi söz və mətbuat azadlığına qaba münasibətin nümunəsidir. Media Hüququ İnstitutu belə qanunsuz və insanlığa yaraşmayan hərəkətləri kəskin pisləyir. Jurnalistə, bütövlükdə topluma qarşı yönəlmiş belə basqıları həyata keçirən şəxslərin qanun pozuntularına görə məsuliyyətə cəlb edilməsi zəruridir. Media Hüquqı İnstitutu Daxili İşlər Nazirliyini, əlaqəli digər hüquq mühafizə orqanlarını baş vermiş hadisəni araşdırmağa, qanunsuzluq edənlərin cəzalandırılması üçün gərəkli ölçülər götürməyə, nəticələr barədə topluma məlumat verməyə çağırır?-deyə Media Hüququ İnstitutundan daxil olan bəyanatda bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR