?EcoVision? jurnalının növbəti sayı nəzr edilib

img

19-08-2010 [11:48]


;rbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) milli biznesin inkişafına dəstək vermək, iş adamlarını ən zəruri informasiya ilə təmin etmək məqsədilə təsis etdiyi ?EcoVision? jurnalının növbəti sayı işıq üzü görüb. ATİB-dən MİA-ya verilən xəbərə görə, Jurnalın bu sayı ötən 3 ay ərzində bir-birinə qardaş olan ölkələrimizin ikitərəfli əlaqələrə, həmçinin ölkəmizdə və regionda gedən proseslərə həsr olunub. Həmçinin, bu dəfəki sayın əsas fokus mövzusu iqtisadi inkişaf üçün onurğa sütunu sayılan kiçik və orta sahibkarlıqdır. Bununla bağlı ATİB-in tədqiqatlar şöbəsinin və Türkiyənin öndə gələn iş adamları dərnəklərindən olan Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB) ekspertlərinin hazırladığı təhlil yazıları diqqəti cəlb edir. Bu sayda eyni zamanda, ATİB İdarə Heyəti sədrinin müavini Ali İhsan Gənclə müsahibə, iqtisadiyyat üzrə Nobel mükafatı laueratı Robert Mandelin jurnalımıza verdiyi eksklüziv müsahibə də xüsusi yer almışdır. Bundan başqa, vençur kapitalı və antiböhran tədbiri kimi milli valyutanın tənzimlənməsi barədə analitik məqalələr də oxucuların diqqətinə çatdırılır. İkitərəfli əlaqələr baxımından bu dövrdə ən mühüm hadisə çoxdan gözlənilən qaz sazişlərinin imzalanması olub. Bu baxımdan jurnalın bu sayında Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızla eksklüziv müsahibələr təqdim edilir. ?EcoVision? jurnalının bu sayında, həmişə olduğu kimi, ölkədə, regionda, dünyada baş verən hadisələr, həmçinin ATİB-in fəaliyyəti barədə xəbərlər verilmişdir. Jurnalda həmçinin, Azərbaycanda qanunvericiliklə bağlı ən son yeniliklər, ATİB-ə daxil olan biznes təklifləri və önümüzdəki dövrdə ölkəmizdə və regionda planlaşdırılan tədbirlər barədə məlumat da diqqətə çatdırılır. Azərbaycanda nəşr edilən maraqlı kitablardan bəziləri barəsində qısa resenziyalar təqdim edilir. Eyni zamanda, Azərbaycanın son 10 ildə keçdiyi iqtisadi yolun göstəricilərini yığcam şəkildə oxucuların diqqətinə çatdırılır. Rüblük olaraq buraxılan jurnalın tirajı 3000 nüsxədir. Jurnal dövlət təşkilatları, hökumət orqanları, QHT-lər, şirkətlər, ali təhsil müəssisələri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri və özəl şirkətlərə pulsuz yayılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR