?Yeni Müsavat?ın əməkdazi prokurorluğa çağırılıb

img

17-08-2010 [01:22]


?Yeni Müsavat?In əməkdaşi Türkan Turan orqan mafiyası barədə yazdıqlarına görə prokurorluğa çağırılıb. Qəzetin yaydığı xəbərə görə, bu gün Xətai Rayon Prokurorluğunun müstəntiqi Elçin Musayevin redaksiya ilə əlaqə saxlayaraq reportyorları təmsil etdiyi quruma dəvət edib. Müstəntiq bildirib ki, məlum yazılarla bağlı təhqiqat aparılıb və həkimləri dindiriblər. E. Musayev məsələnin baş prokurorun nəzarətində olduğunu da açıqlayıb. Qeyd edək ki, ?Yeni Müsavatın? reportyorları Nizami küçəsi 100 ünvanındakı ?qul bazarında? orqan dəllalları Əziz və Sahillə tanış olublar. Onlar Türkan Turanı Mərkəzi ?Neftçilər? xəstəxanasına aparıb Naimə adlı həkimlə tanış ediblər. Həmin həkim Türkan Turana ?böyrəyi 7-8 minə, ciyəri də 10 min manata alırıq? deyib. Avqustun əvvəlində ?Yeni Müsavat?da dərc olunan araşdırma ilə eyni zamanda Ukrayna və Belorusun hüquq mühafizə orqanlarının ?qara transplantasiya? əməliyyatlarına dair təhqiqatı başlanıb və yayılan açıqlamalarda Azərbaycanın da adı çəkilib. Ukrayna kriminalistlərinin verdiyi açıqlamada göstərilirdi ki, donorlar və repsiyentlər Azərbaycana yollanırmışlar və oradakı özəl klinikalarda əməliyyat olunurmuşlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR