?Reytinq? qəzetinin növbəti sayı izıq üzü görməyəcək

img

13-08-2010 [04:37]


?Reytinq? qəzetinin kollektivi məzuniyyətə çıxdığı üçün qəzetin növbəti sayı işıq üzü görməyəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə qəzetin baş redaktoru Afiq Mirzəbəyli məlumat verib. Rəhbərlik etdiyi qəzetin bu günə qədər KİV Fondu tərəfindən keçirilən qrant müsabiqələrindən əsassız olaraq kənarda saxlanıldığını deyən A.Mirzəbəyli, dövlət tərəfindən Milli Mətbuat günü ilə əlaqədar birdəfəlik yardımlardan da kənarda qaldıqlarını xatırladıb: ?Bu və ya digər səbəblərdən redaksiyanın maliyyə problemi də yaranıb. Mətbəyə və əməkdaşlarımıza xeyli borcumuz var. Bəzi mətbuat yayımı firmaları isə redaksiyaya olan borclarını qaytarmaqda tələsmirlər. Yaranmış fasilədən istifadə edib bu problemi də həll etməyi düşünürük?. A.Mirzəbəyli yaxın müddət üçün qəzetin fəaliyyətini bərpa edəcəklərini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR