Rauf Arifoğlu ?Xural? qəzetinin baz redaktoru Əvəz Zeynallıya qarzı məhkəmə iddiasını geri götürüb

img

13-08-2010 [04:08]


?Yeni Müsavat? qəzetinin baş redaktoru Rauf Arifoğlu ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı məhkəmə iddiasını geri götürüb. ?Yeni Müsavat?ın nümayəndəsi Vaqif Hüseynin sözlərinə görə, iddia böhtan və təhqirlə bağlı qaldırılıb. Bundan əlavə, Arifoğlu həmkarının həbsini və 25 min manat həcmində kompensasiya ödəməsini tələb edib. KİV və ictimai təşkilatların rəhbərlərinin çağırışlarından sonra iddia geri götürülüb. ?Arifoğlu özü dəfələrlə cinayət təqiblərindən əziyyət çəkib, odur ki, iddianı geri götürmək qərarına gəlib?, - onun nümayəndəsi bildirib. ?Yeni Müsavat?qəzetinin baş redaktoru Arifoğlu öz mövqeyini belə izah edib: ?Yeni Müsavat? diffamasiya haqqında qanunun qəbulunun vacibliyi barədə dəfələrlə yazıb. Bu qanun jurnalistlərə qarşı cinayət təqiblərinə son qoyardı. Bu qanunun qəbulu ilə məhkəmələrdə jurnalistlər üçün mübahisə imkanları yaranacaq. Hələlik həmkarların həbsi və ya onların şərti həbsi barədə məhkəmə qərarının qəbulu təhlükəsi mövcuddur, işin məhkəmə qərarının çıxarılmasına kimi davam etdirilməsinə ehtiyac yoxdur?, - o vurğulayb. Rauf Arifoğlu Əvəz Zeynallıya qarşı iddianı ?Millətim? qəzetinin 3 iyul sayında dərc olunmuş məqaləyə görə qaldırıb. Məqalə müəllifi Arifoğlunu siyasi reketdə və siyasi mövqenin olmamasında ittiham edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR