Erməni plagiatlığından bəhs edən saytın təqdimatı keçirilib

img

12-08-2010 [01:31]


Bu gün Atatürk Mərkəzində erməni plagiatlığından bəhs edən saytın təqdimatı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ?Əqli Mülkiyyətçilərə Kömək? İctimai Birliyin sədri Əfqan Qafarlı bildirib ki, Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ?Azərbaycan qeyri-maddi mülkiyyətinin erməni işğalına məruz qalması faktlarının beynəlxalq ictimaiyyətə çatdırılması? adlı həyata keçirib: ?Erməni piratçılığının ifşasına xidmət edən www.plagiarism-az.com ünvanlı internet saytı bu layihə çərçivəsində yaradılıb. Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək?. Əfqan Qafarlı onu da deyib ki, ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi ?əqli mülkiyyət terroru?na qarşı mübarizə ümummilli məsələdir və bu işdə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin qurucuları da fəal olmalıdırlar: ?Bunu görə də QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə belə bir layihə həyata keçirməyi və informasiya müharibəsini nəzərə alıb internet saytı yaratmaq qərara aldıq?. ?Əqli Mülkiyyətçilərə Kömək? İB həyata keçirdiyi layihənin davam olaraq erməni plagiatlığı ilə bağlı faktlar barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına da müraciət etməyi planlaşdırır. ?Çünki intellektual oğurluqla məşğul olan düşmənlərimiz keçmişdə də oğurlayıblar, indi də oğurlayırlar, yəqin ki, gələcəkdə də oğurlayacaqlar?-deyə təşkilat bəyan edib. [b]Rəhilə MANAFOVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR